Parkinson və Alzheimer xəstəliklərinin müalicəsi üçün yeni üsul tapılıb..?
...WEHI İnstitutunun avstraliyalı tədqiqatçıları neyrodegenerativ xəstəlikləri olan milyonlarla xəstəyə ümid verirlər.
Onlar hüceyrə ölümündən məsul olan BAX zülalını hədəf alaraq hüceyrələri müvəffəqiyyətlə canlı saxlayan kimyəvi birləşmə kəşf ediblər. Mitoxondriləri məhv edir və neyronların ölümünə kömək edir.
SİA-nın məlumatına görə, aşkar edilmiş birləşmə Alzheimer və Parkinson kimi neyrodegenerativ xəstəliklərin müalicəsində yeni inkişaflar üçün əsas ola bilər.
Tədqiqatın həmmüəllifi professor Qiyom Lessen, “...BAX-ı hədəf alan və digər hüceyrələrə təsir etmədən fəaliyyətini dayandıran bir molekul tapmaqdan çox həyəcanlandıq”-deyə bildirib.
Hazırda neyrodegenerativ xəstəliklərin gedişatını tamamilə dayandıra biləcək heç bir müalicə yoxdur.
Avstraliyalı alimlərin kəşfi bu xəstəliklərin gedişatını əhəmiyyətli dərəcədə ləngidə bilən və xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıran dərmanların yaradılması üçün yeni imkanlar açır.
Hazırda planetdə Alzheimer xəstəliyi ilə yaşayan təxminən 50 milyon insan var.
Və onların sayı artacaq.
Yeri gəlmişkən, Parkinson xəstəliyi dünyada 6 milyondan çox insana təsir edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə