Rusiyanın əczaçılıq şirkəti Thomisus onustus hörümçəyinin zəhərindən əldə edilən maddədən yaradılmış Purotoksin-6 adlı yeni ağrıkəsicinin klinikadan əvvəlki sınaqlarını uğurla başa çatdırıb.
Bu innovativ dərmanın 2029-cu ildə bazara çıxacağı gözlənilir və nevropatik ağrıdan əziyyət çəkən səkkiz milyondan çox xəstəyə kömək edə bilər.
SİA-nın məlumatına görə, bu barədə “İzvestiya” yazır.
Purotoksin-6, osteoartrit, sistit, trigeminal nevralji, miqren və xroniki öskürək kimi şəraitdə xoşagəlməz hisslərin yaranmasında iştirak edən xüsusi ağrı reseptorlarını (P2X3) inhibə edərək fəaliyyət göstərir.
Alimlər vurğulayırlar ki, hazırda Avropa İttifaqında, İsveçrədə və Yaponiyada bu reseptorlara təsir edən yalnız bir dərman preparatı qeydiyyatdan keçib, lakin onun dad hissiyyatının pozulması (disqevziya) ilə özünü büruzə verən əlavə təsiri də var.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə