Avtomobil karvanı silahlı hücuma məruz qalıb

Kanadanın “I am gold” şirkətinin avtomobil karvanına silahlı hücum edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hücum nəticəsində azı 6 nəfər yaralanıb, 3 nəfər itkin düşüb. Avtomobil karvanına hücum nigerlə sərhədə yaxın Dori və Essakane yaşayış məntəqələri arasındakı yolda baş verib. Karvanda 27 işçinin olduğu üç avtobus olub. İşçilər avtobuslardan düşərək ən yaxın kəndə qaçıblar. Cinayətin ardından silahlılar avtobusları yandırıblar.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə