Baydenin kortejinin avtomobili qəzaya uğrayıb

ABŞ prezidenti Cozef Baydenin kortejinin avtomobili İtaliyanın paytaxtı olan Romada yol qəzasına düşüb. “Prezidentin kortejindən olan avtomobil Vatikandan Kvirinal sarayına yola düşərkən qəzaya uğrayıb. Qəzada ciddi xəsarət alan olmayıb. Bununla belə, ehtiyat tədbiri olaraq, tibb işçiləri avtomobildə olanları müayinə edib” deyə Ağ Evin sözçüsü bildirib. O, qəzaya uğrayan kortejin avtomobilində kimin olduğunu açıqlamayıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə