Lerikdə dağlıq ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lerik rayonu, Soru kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Bu barədə SİA FHN-ə istinadən xəbər verir.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən dağlıq ərazidə kol-kos və qurumuş ağac kötükləri yanır.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə