Tərtər rayonunda yol qəzası baş verib. "Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, "Niva" və "NAZ Lifan" markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü xəsarət alıb. Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə