Tərtərdə yol qəzası baş verib

26 Aprel 2019 00:38 (UTC+04:00)

Tərtər rayonunda yol qəzası baş verib. "Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, "Niva" və "NAZ Lifan" markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü xəsarət alıb. Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.