Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 53 yaşlı Zaza Poladaşvili Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, ondan 4 kiloqram 300 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Z.Poladaşvili barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə