Şəmkirdə yanğın hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə Şəmkir şəhərinin 20 Yanvar küçəsində qeydə alınıb.
Küçədə yerləşən 1 mərtəbəli "BakuElectronics" mağazasının mətbəxində yanğın olub. Yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə