Tərtərdə gəlinin qayınatası tərəfindən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB 2
Tərtərdə baş verən qətllə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən SİA-ya bildirilib ki, mayın 13-də saat 10 radələrində Tərtər rayonu, Poladlı kənd sakini 1990-cı il təvəllüdlü Hafizə Rzayevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək gəlini Hafizə Rzayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə