Avtomobildən 10 min manata yaxın pulu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakının Xətai rayonunda avtomobildən 9 min 900 manat oğurlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı X.Mustafayev saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə