Yevlaxda baş verən yol qəzasında dörd nəfər xəsarət alıb - FOTOLAR

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə Aran qəsəbəsi ərazisində dəmiryolu keçidi yaxınlığında baş verib.

"Kia" markalı avtomobilin aşması nəticəsində 4 nəfər xəsarət alıb. Mingəçevir xəstəxanasına yerləşdirilən yaralılardan ikisi cərrahiyyə əməliyyatına alınıb, digər iki nəfər isə həkim nəzarətində müalicəsini davam etdirir. Onlardan birinin qolu amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə