Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə Aran qəsəbəsi ərazisində dəmiryolu keçidi yaxınlığında baş verib.
"Kia" markalı avtomobilin aşması nəticəsində 4 nəfər xəsarət alıb. Mingəçevir xəstəxanasına yerləşdirilən yaralılardan ikisi cərrahiyyə əməliyyatına alınıb, digər iki nəfər isə həkim nəzarətində müalicəsini davam etdirir. Onlardan birinin qolu amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.