Bakıda ağır yol qəzası baş verib

Bakıda ağır qəza baş verib. SİA xəbər verir ki, sürücü Gülnarə Eynullayeva idarə etdiyi avtomobillə idarəetməni itirib və qarşı yola çıxaraq şəhər sakini Səid Qurbanovun idarə etdiyi avtomobillə toqquşub.

Hadisə nəticəsində Səid Qurbanov ölüb.

Gülnarə Eynullayevanın idarə etdiyi avtomobildə olan 22 yaşlı Nicat Bağırov və 41 yaşlı Səbuhi Abbasov müxtəlif dərəcəli bədən xəasrətləri alıb.

Yaralılar Sabunçu xəstəxanasına yerləşdiriliblər.

Polis araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə