Novruz tətilində şagirdlər nə etməlidir? - EKSPERT DANIŞDI

“Tətil müddətində təbii ki, müəllimlər uşaqlara müəyyən tapşırıqlar verirlər. Bu başa düşülən haldır. Lakin bütövlükdə söhbət tətildən, şagirdlərin istirahətinin təmin olunmasından gedirsə bu zaman ciddi şəkildə onları yükləmək hesab edirəm ki, yanlışdır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov bildirib.

Onun sözlərinə görə, müəllimlər şagirdlərə müəyyən tapşırıqlar verə bilər: "Müəyyən istiqamətlər, yönləndirici tapşırıqlar verə bilərlər, amma bütün bu tapşırıqlar şagirdləri yükləməməlidir. Şagirdlər tətil müddətində daha çox istirahətə, asudə vaxtın səmərəli təşkilinə zaman ayırmalıdır. Uşaqlar tətil zamanı daha çox istirahət etməli və öz uşaqlıqlarını yaşamalıdırlar. Onlar evdə olduqları müddətdə bədii ədəbiyyat oxumalı, hər hansı yardımçı tədris vasitələrindən istifadə etməlidirlər. Bütün bunları nəzərə aldıqda uşaqların ifrat yüklənməsi yolverilməzdir”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə