Dərsliklər texnologiya vasitələri ilə əvəz olunacaq? - Ekspert bildirdi

“Birmənalı şəkildə dərslikləri texnologiya vasitələri əvəz edə bilməz”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov bildirib.

Onun sözlərinə görə, texnologiyalar təbii ki, dərsliklərə dəstəkverici, bütünlükdə prosesə bu və ya digər formada kömək ola biləcək vasitələrdir: “Ümumiyyətlə, söhbət ondan gedir ki, yeni texnologiyalar meydana gəldikcə, təkmilləşdikcə cəmiyyətdə bir çox suallar yaranır. Yadınızdadırsa, kitabların, dərskliklərin texnologiya vasitələri ilə əvəz olunması ilə bağlı müzakirələr aparılıb. Bu zaman kitab çapına ehtiyac olmadığı, bunun ağaclara da zərər verdiyi bildirilib. Bu proses ekologiyaya zərbə deməkdir. Yeni texnologiyalar-smartfonlar, planşetlər dərslikləri əvəz edə bilər. Lakin bu tamamilə yanlış bir fikirdir. Kitabı əvəz edə biləcək heç bir vasitə ola bilməz. Kitabın texnologiya vasitəsilə ilə əvəz olunması ilə bağlı araşdırmalar aparılıb, tədqiqatların nəticələri var. Bəlkə də nə vaxtsa ola bilər, amma buna inanmıram. Çünki kitabdan birbaşa biliyi əldə etmək tamam fərqli bir təsirə malikdir. Bu baxımdan dərskliklər olmalıdır. Texnologiylar yalnız əlavə dəstək ola bilər. Amma birmənalı olaraq gələcəkdə necə olacaq bu məchuldur. Bununla bağlı gəlcəkdə danışıla bilər. Uzun illərdir bununla bağlı müzakirələr gedir, lakin son olaraq mütəxəssislər dəyişdirməmək qərarına gəlirlər”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə