“Məktəbdə liderliyin inkişafı” adlı təlimlər davam edir

İyulun 13-dən start verilən “Direktorlar klubu” çərçivəsində “Məktəbdə liderliyin inkişafı” adlı onlayn təlimlər davam edir. SİA xəbər verir ki, təlimlər strateji planlaşdırma, liderlik, məktəbdaxili monitorinq və keyfiyyətə nəzarət, təşkilati davranış, komanda işinin təşkili və motivasiya mövzularını əhatə edir.

Təlimlərdə “Direktorlar klubu”na üzv olan və müxtəlif bölgələri təmsil edən 60 məktəb direktoru iştirak edir.

Qeyd edək ki, kluba üzv olmaq istəyən məktəb direktorları müvafiq linkə keçid edə bilərlər: https://forms.gle/1QVWonEzjMimNRNp

Klubun əsas məqsədi ümumtəhsil məktəb direktorlarının kommunikasiyasını və təcrübə mübadiləsini təmin etmək, onlar arasında əməkdaşlığı inkişaf etdirmək, bu yolla onların bacarıqlarını təkmilləşdirmək, təhsilin idarəetməsində keyfiyyətin inkişafına töhfə verməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə