Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə 460 şikayət daxil olub

Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə 460 şikayət daxil olub

Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə (565-12-64) 23 fevral 2011-ci il tarixindən 14 mart 2011-ci il tarixinədək 998 müraciət daxil olub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, daxil olmuş müraciətlərin 460 şikayət xarakterli, 326-sı sorğu, 115-i əsassız müraciətlər, 97-si isə aidiyyəti üzrə deyil.

"Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə