"Tələbə tədris dili ingilis dilində ixtisas seçərkən Dövlət İmtahan Mərkəzi onlara xarici dildən minimum 40 faiz tələbi qoyur". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
O bildirib ki, yəni ingilis sektorunda təhsil almaq istəyən tələbənin buraxılış imtahanında xarici dildən 100 baldan 40-nı toplaması zəruridir: "Amma təcrübə onu göstərir ki, buraxılış imtahanının asan olması tədrisi ingilis dilində olan ixtisaslarda 40 bal tələbi yetərli deyil. Həm də test imtahanında bilik tam olaraq yox, bir neçə istiqamətdə qiymətləndirilir. Dövlət İmtahan Mərkəzi düşünür ki, buraxılış imtahanlarında ingilis dili üzrə sualların 40%-ni bilmək, ingilis sektorunda oxumaq üçün keçərlidir.
Bir sıra universitetlərdə ingilis sektorlarında dildən imtahan götürülür, nəticəyə uyğun olaraq, birinci kursda təməl bilgilər olaraq ingilis dil öyrədilir.
İngilis sektoruna qəbul olunan tələbələrin dil biliyi fərqli levellərdə olduğu üçün müəllimlər də çətinliklə üzləşirlər. Dil biliyi zəif olan ingilis dilində təhsil alan tələbələrə imtahanlarda bəzən yersiz güzəşt edirlər. Belə hallar da olur ki, ingilis sektorlarında Azərbaycan dilində dərslər keçirilir. Bunun qarşısını almaq üçün ingilis sektorunda dil bilikləri daha da sərtləşməlidir. Ondan da əlavə yaxşı olar ki, bütün universitetlərdə bir semestr, ya da bir kurs dil biliyinə həsr etsinlər. Əgər tələbə həmin dili bilmirsə, onu alternativ sektorla əvəzləsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə