“Festival Azərbaycan təhsilində iqlim dəyişiklikləri məsələsinə öz töhfəsini verəcək“ - NAZİR

“Artıq dördüncü dəfədir ki, STEAM Azərbaycan Festivalı keçirilir. Bu festival Azərbaycanda STEAM təhsilinin genişləndirilməsində mühüm rola sahibdir. Hətta STEAM təhsili son illərdə təhsilin bir hissəsinə çevrilib”. SİA xəbər verir ki, bu sözləri Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimində Elm və Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı COP29 çərçivəsində nazirliyin ilk təşkil etdiyi tədbirdir: “Bu birbaşa olaraq şagirdlərin ətraf mühitlə bağlı mövqeyinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda bu gün komandaların sözügedən istiqamətlərdə dayanıqlı həll yolunun tapılması, qorunması və iqlim dəyişiklikləri ilə bağlı konkret layihələrini görəcəyik. Festival Azərbaycan təhsilində iqlim dəyişiklikləri məsələsinə öz töhfəsini verəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə