"XXI əsr yeni bacarıqlar tələb edir" - BŞTİ MÜDİRİ AÇIQLADI

"Bu il "Heydər Əliyev ili" çərçivəsində məktəblərdə müxtəlif tədbirlər həyata keçirilir. Heydər Əliyevin ən böyük strateji istiqamətlərindən biri də təhsilə önəm verilməsi idi. Bu siyasəti davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də təhsilin inkişafı istiqamətində müxtəlif islahatların həyata keçirilməsinə xüsusi diqqət göstərir". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O bildirib ki, islahat yönümlü layihələrin tətbiqi diqqəti cəlb edir: "İslahatların tədris prosesinə necə uyğunlaşdırıldığı açıq dərslərlə müşahidə olunur. Bütün bu dərslər vasitəsilə biz "Sağlam təhsil", STEAM, "Rəqəmsal bacarıqlar" kimi layihələrin məktəblərdə necə tətbiq olunduğunu öyrənmiş oluruq. Şagirdlər bu layihələrlə bütün istiqamətlər üzrə öz səriştəliliyini artırmağa çalışır. Əlbəttə ki, bu gələcəyə yönəlmiş bir istiqamətdir. Biz təhsil işçiləri olaraq başa düşməliyik ki, XXI əsr yeni bacarıqlar tələb edir. Bu bacarıqların formalaşdırılması istiqamətində dövlətin qoyduğu tələblər yerinə yetirilməlidir ki, uşaqlarımızı daha uğurlu görə bilək".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə