Ərzaq məhsullarının qiyməti qalxıb? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ
"Qeyd edim ki, müharibə qiymətləri artırır. Bu dəqiqdir. Amma qiymət artımının necə olacağını proqnozlaşdırmaq çox çətindir". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.
Onun sözlərinə görə, müharibə nəticəsində müşahidə edirik ki, enerji qiymətləri artıb: "Əvvəl enerji qiymətləri 75-80 dollar təşkil edirdisə, indi 130-140 dollar təşkil edir. Həmçinin taxıl qiymətləri rekord həddə bahalaşıb. Müxtəlif kənd təsərrüfatı məhsulları, metal məhsulları, əlvan metallar sürətlə bahalaşıb. Əmtələrdə qiymət artımı sürətlə artıb. Təbii ki, bunlar sonradan dolayı yolla ərzaq məhsullarının və qeyri-ərzaq məhsullarının da bahalaşmasına təsir göstərəcəkdir.
Xüsusi olaraq nəzərə almaq lazımdır ki, enerji qiymətlərinin bahalaşması daşınma xərclərini də artıracaq və bu da bütün məhsulların maya qiymətinin bahalaşmasına səbəb olacaq. Yəni müharibə və onun gətirdiyi sanksiyalar qiymətlərə artırıcı təsir göstərir. Bu birmənalıdır. Ancaq nə qədər qalxacağı və hər bir məhsul üzrə faizlər nə qədər olacaq artıq bunu bazar, zaman göstərəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB