Devalvasiya yoxsa boşuna panika? - İQTİSADÇI AÇIQLADI

“Ümumiyyətlə hər il, il sonunda kiçik orta sahibkarlar tərəfində valyutaya olan təlabat artır. Çünki, yeni il öncəsi onların da müəyyən satış sifarişləri olur və ona görə də bu təlabatın artması normaldır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

“Əhalimizə isə psixoloji olaraq təsir edən məsələ əslində Türkiyədə baş verən proseslərdir. Türk lirəsinin sürətlə dəyərdən düşməsi, istər-istəməz Türkiyədə gedən proseslər insanlarda psixoloji gərginlik yaradır. Çünki, əhalinin böyük bir qismi türk televiziyalarını izləyirlər və orada gedən bu söhbətlərin şahidi olurlar, bənzər hadisələrin Azərbaycanda təkrarlana biləcəyindən qorxurlar. Hələlik neft qiymətlərinin yüksək qaldığı dövrdə Azərbaycan manatı onsuzda inzibati qaydada tənzimlənir. Bizdə manatın məzənnəsini bazar təyin etmir. Ona görə də belə bir devalvasiya təhlükəsi indiki dövrdə yoxdur. Nə qədər ki, neft qiymətləri yüksəkdir, bu təhlükəni Azərbaycan manatı sığortalamır. Lakin təbii ki, sabit məzənnə rejimi daimi qala bilməz. Bir neçə müddətdən sonra manatın məzənnəsi ilə bağlı yeni qərarlar ola bilər, amma bu qərarlar yaxın aylarda gözlənilmir”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...