"Forum Azərbaycanın beynəlxalq investisiya və iqtisadi əməkdaşlıq imkanlarını ön plana çıxarır" - DEPUTAT DANIŞDI
"İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin iqtisadi strategiyasında yeni mərhələnin formalaşdığını nümayiş etdirmək üçün ən yaxşı vasitələrdəndir. Forum yalnız ayrı-ayrı investisiya sazişlərinin elan edildiyi platforma kimi deyil, enerji, nəqliyyat, logistika, infrastruktur və sənaye inkişafının vahid investisiya konsepsiyası çərçivəsində birləşdirildiyi mühüm platforma kimi də diqqət çəkir".
Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.
.jpg)
Onun sözlərinə görə, forum çərçivəsində imzalanan sənədlər isə ölkənin beynəlxalq tərəfdaşlıq şəbəkəsini qaz, hasilat, bərpaolunan enerji və beynəlxalq enerji layihələri üzrə daha da genişlənməsinə xidmət edir:
"Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu, forumda səslənən fikirlər, imzalanan müqavilələr, investisiya sənədləri və Prezident İlham Əliyevin bu tədbirdə iştirakı və keçirdiyi görüşlər ölkəmiz üçün əhəmiyyətli hadisədir.
Azərbaycanın həyata keçirdiyi ardıcıl iqtisadi siyasət, sahibkarlıq və investisiya mühitinin inkişaf etdirilməsi, eləcə də xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi ölkənin regional iqtisadi mövqeyini daha da möhkəmləndirir.
İnvestisiya forumlarının əhəmiyyəti, ilk növbədə, burada səsləndirilən fikirlərin və aparılan müzakirələrin sonradan konkret iqtisadi layihələrə və biznes əməkdaşlıqlarına çevrilməsi ilə ölçülür. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində 11 sənəd imzalanıb. Tədbir çərçivəsində investisiya sazişlərinin imzalanması Azərbaycanın beynəlxalq investorlar üçün yaratdığı imkanların miqyasını göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB