Gürcüstan 2025–2026-cı marketinq ilində fındıq ixracından rekord məbləğdə gəlir əldə edib. SİA xəbər verir ki, ölkə xaricə 18,5 min ton fındıq sataraq 188,5 milyon dollar qazanıb. İxrac edilən məhsulun 12,5 min tonu Avropa İttifaqı ölkələrinin payına düşüb.
Gürcüstan fındığının əsas alıcıları İtaliya, İspaniya, Almaniya, Fransa, Yunanıstan, Çexiya və Polşa olub.
Son 13 ildə ölkənin kənd təsərrüfatı məhsullarının ixracında da ciddi artım qeydə alınıb. 2012–2025-ci illər ərzində aqrar məhsulların ixracı dörd dəfə artaraq 1,8 milyard dollara çatıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB