“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

Qırmızı Ürəklər Fondu 4 oktyabr – Ümumdünya Heyvanları Müdafiə Günü ərəfəsində “Pəncəli Ürəklər” sosial aksiyasına başlayır. 21 oktyabr tarixinədək davam edəcək aksiya çərçivəsində hər kəs sahibsiz heyvanlara dəstək olmaq üçün ianə edə bilər.

“Pəncəli Ürəklər” aksiyasının əsas məqsədi cəmiyyətdə heyvanlara qarşı qayğı və məsuliyyət hissini gücləndirmək, sahibsiz heyvanlara qarşı diqqəti artırmaqdır. Layihə vasitəsilə vətəndaşlar küçə heyvanlarının həyat şəraitinin yaxşılaşdırılmasına birbaşa töhfə vermək imkanı əldə edirlər.

Aksiyaya qoşulmaq və daha çox heyvana kömək etmək istəyən hər kəs vizualda yerləşdirilən QR kodu oxutmaqla, eləcə də Birbank və m10 mobil tətbiqlərindən, Birbank/Kapital Bank terminallarından Qırmızı Ürəklər Fonduna ianə edə bilərlər. Toplanan vəsaitlər sahibsiz heyvanların qida və digər ehtiyaclarının qarşılanması üçün istifadə ediləcək.

“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə