"Minimum əməkhaqqı müəyyən edilərkən adətən inflyasiya, yaşayış xərcləri, orta əməkhaqqının səviyyəsi və artım tempi, əmək məhsuldarlığı, məşğulluq və ümumi iqtisadi vəziyyət nəzərə alınır. Azərbaycanda da 2027-ci il üzrə mümkün rəqəmi təxmin etmək üçün bu göstəricilərlə yanaşı, əvvəlki illərdə minimum əməkhaqqının necə artırıldığına, yəni yanaşma təcrübəsinə baxmaq olar."
SİA Bakupost.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O, ilk öncə əvvəlki təcrübələrə diqqət çəkib: "2020 və 2021-ci illərdə minimum əməkhaqqı 250 manat olub. 2022-ci ildə 50 manat və ya 20% artırılaraq 300 manata, 2023-cü ildə 45 manat və ya 15% artırılaraq 345 manata, 2025-ci ildə isə 55 manat və ya 15,9% artırılaraq 400 manata çatdırılıb. 2024 və 2026-cı illərdə artım olmayıb. Yəni son üç artımın hamısı 15-20% intervalında olub.
İndi isə orta aylıq əməkhaqqının ümumi dinamikasına baxaq. 2025-ci ildə ölkədə orta aylıq nominal əməkhaqqı 1102,9 manat olub. 2026-cı ilin yanvar-iyulunda bu göstərici artıq 1176,7 manata çatıb. 2027-ci il üçün isə 1288,3 manat proqnozlaşdırılır. Beləliklə, 2025-ci ilin faktiki göstəricisi ilə müqayisədə 2027-ci ildə orta əməkhaqqının təxminən 185 manat və ya 16,8% yüksək olacağı gözlənilir".
Ekspert deyib ki, bu müqayisə minimum əməkhaqqı üzrə mümkün rəqəmi ehtimal etmək üçün ciddi əsasdır: "Yəni, 2025-ci ilin faktiki göstəricisi ilə 2027-ci il üçün olan proqnozu müqayisə etdikdə orta aylıq əməkhaqqında 16,8% artım gözlənilir. Minimum əməkhaqqında da buna yaxın artım olarsa, 400 manat təxminən 465-470 manata yüksəlir."
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB