“Carlsberg Group” ilə içki sənayesinin inkişafı müzakirə edilib

“Carlsberg Group” ilə içki sənayesinin inkişafı müzakirə edilib

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov “Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa və Hindistan üzrə icraçı vitse-prezidenti Niklos Kalaitzidakis ilə görüşüb.

SİA xəbər verir ki, görüşdə “Carlsberg Group”la əməkdaşlığın inkişaf istiqamətləri, eləcə də 2025–2029-cu illər üzrə Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən işlər nəzərdən keçirilib.

Tərəflər pivə sənayesində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, xammal və qablaşdırmanın lokallaşdırılması, regionda yeni biznes imkanlarının yaradılması, Azərbaycanda içki sənayesinin inkişafı və istehsal imkanlarının genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin investisiya əməkdaşlığının yeni istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə