SOCAR beynəlxalq fəaliyyətinin genişləndirilməsi üçün "Brookfield" ilə əməkdaşlıq edəcək
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-nin "Brookfield Asset Management" şirkəti arasında enerji infrastrukturu, bərpa olunan enerji layihələri müzakirə edilib.
SİA xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf "X" hesabındakı paylaşımında bildirib.
Bununla bağlı müzakirələr R. Nəcəfin şirkətin baş icraçı direktoru Konnor Teski və nümayəndə heyəti ilə keçirilən görüşündə aparılıb.
R. Nəcəfin sözlərinə görə, görüş zamanı yeni maliyyələşdirmə imkanları üzrə potensial əməkdaşlıq istiqamətlərini müzakirə edilib.
Eyni zamanda, SOCAR-ın korporativ strategiyası, eləcə də beynəlxalq fəaliyyətinin genişləndirilməsi üzrə prioritetlərimizi bölüşülüb: "Enerji sektorunda uzunmüddətli dəyərin yaradılması qlobal investisiya təcrübəsini, qabaqcıl texnologiyaları və yanaşmaları bir araya gətirən tərəfdaşlıqlar tələb edir. "Brookfield Asset Management" ilə potensial əməkdaşlığın SOCAR-ın strateji enerji və infrastruktur layihələrinin reallaşdırılması, eləcə də fəaliyyət coğrafiyasının genişləndirilməsi üçün yeni imkanlar yaradacağına inanıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB