“Azərbaycanın ÜDM artımı dinamikası Çinlə müqayisə edilə bilər” -VALERİO DE MOLLI

“Azərbaycanın ÜDM artımı dinamikası Çinlə müqayisə edilə bilər” -VALERİO DE MOLLI

Azərbaycanın ÜDM artımı dinamikası Çinlə müqayisə edilə bilər.

SİA xəbər verir ki, bunu “The European House – Ambrosetti & TEHA Group”un CEO-su və idarəedici tərəfdaşı VALERİO DE MOLLI deyib.

O bildirib ki, Azərbaycan iqtisadiyyatının son 25 ildəki inkişaf dinamikası müxtəlif ölkələrlə müqayisə olunub. Onun sözlərinə görə, bu müqayisədə Səudiyyə Ərəbistanı, Mərakeş, Meksika, Çin, Hindistan və Vyetnam kimi ölkələr nəzərdən keçirilib.

“Son 25 ildə Azərbaycanın ÜDM artımı dinamikası Çinlə müqayisə edilə biləcək səviyyədə olub”, – deyə VALERİO DE MOLLI bildirib.

O qeyd edib ki, Azərbaycanın orta illik mürəkkəb ÜDM artım tempi 7,6 faiz təşkil edib. Bu göstərici Azərbaycanı Vyetnamla birlikdə ən yüksək artım tempinə malik ölkələr sırasına daxil edir.

VALERİO DE MOLLI, həmçinin enerji sektorundan kənar ÜDM-in diversifikasiyasında və bazarların açıqlığı istiqamətində də müsbət dinamikanın müşahidə olunduğunu vurğulayıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə