“Sülh region üçün yeni bazarlar və investisiya imkanları açır” -MİKAYIL CABBAROV
Cənubi Qafqazda sülh regionun iqtisadi potensialının genişlənməsi üçün yeni imkanlar yaradır.
SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, 2025-ci ilin avqustunda Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə birgə Bəyannamə imzalayıb və sülh sazişinin mətni üzrə ilkin razılıq əldə edilib.
Onun sözlərinə görə, sülh Cənubi Qafqazdakı vəziyyəti dəyişib və Mərkəzi Asiya ilə Cənubi Qafqazı əhatə edən daha geniş regionun iqtisadi potensialını artırıb.
Mikayıl Cabbarov qeyd edib ki, sülh yeni bazarlar, təchizat zəncirləri və investisiya imkanları yaradır.
“Bu proses daha geniş regionun bütün ölkələri üçün yeni iqtisadi faydalar yaradır”, - deyə nazir vurğulayıb.
O əlavə edib ki, rəqəmsallaşma və süni intellekt əsaslı həllərə investisiyalar, logistika terminalları, rəqəmsal xidmətlər və onların ətrafında inkişaf edən sənaye sahələri də özəl investorlar üçün əlavə imkanlar təqdim edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB