“ Etimad konkret nəticələrə əsaslanır “ -MİKAYIL CABBAROV

“ Etimad konkret nəticələrə əsaslanır “ -MİKAYIL CABBAROV

“Hər kəs dayanıqlılıq axtarır. Bu, tamamilə təbiidir. Lakin dayanıqlılığın da öz qiyməti var”.

SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, təchizat zəncirlərinin şaxələndirilməsi, texnologiyaya çıxışın məhdudlaşdırılması, istehsalın inkişafı və nüvə enerjisi sahəsində beynəlxalq əməkdaşlığa marağın artması qlobal iqtisadi münasibətlərdə baş verən dəyişiklikləri göstərir.

Mikayıl Cabbarov qeyd edib ki, hökumətlər hər şeyi təmin edə bilməz. Lakin siyasətlərin daha proqnozlaşdırılan və şəffaf olması, eləcə də razılaşmaların yerinə yetirilməsi və icrasının təmin olunması etimadın formalaşdırılmasına xidmət edir.

“Biz inanırıq ki, etimad konkret nəticələrə əsaslanır”, - deyə nazir vurğulayıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə