Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

Bu gün, sentyabrın 25-də Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir.

“SİA xəbər verir ki”, “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunan forum sentyabrın 25-26-da baş tutacaq.

Tədbirdə dünyanın aparıcı investorları, dövlət və hökumət nümayəndələri, beynəlxalq maliyyə institutlarının təmsilçiləri və biznes liderləri iştirak edirlər.

Forum çərçivəsində qlobal investisiya mühiti, regional əməkdaşlıq, Cənubi Qafqazın nəqliyyat və iqtisadi bağlantı imkanları, eləcə də investisiya sabitliyi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə