İnflyasiya şəraitində pulu nağd, yoxsa bankda saxlamaq sərfəlidir? - İQTİSADÇI DANIŞDI
"Əslində, inflyasiya şəraitində vəsaiti nağd şəkildə evdə saxlamaq ilə bankda əmanət şəklində saxlamaq arasında bir o qədər də fərq yoxdur. Sadəcə, bankda saxlanılan məbləğ müəyyən faiz gəliri gətirir. Bankların verdiyi faiz inflyasiyanın altındadır. Çox yüksək məbləğ depozit hesabına yerləşdirilərsə, bu zaman situasiya fərqlidir. Məsələn, 1000 manat illik maksimum 12 faizlə hesablasaq, 120 manat faiz gəliri edir. Yəni 1000 manatlıq məhsulun qiyməti stabil qalmır".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova deyib.
_(1).jpg)
Onun sözlərinə görə, 300 000 manat və ya yarım milyon manatın faizi təbii ki, yüksəkdir:
"Məsələn, bir şəxs banka 300 000 manat məbləğ yerləşdirsə, onun aylıq faizindən gələn pulu digər gəlir gətirici sahəyə investisiya edə bilər. Lakin kiçik məbləğ isə xərci qarşılamır və həmçinin də bir il onun bankda qalması ilə pul dəyərdən düşür.
Vətəndaşın gündəlik likvid ehtiyaclarını nəzərə alaraq, nə qədər hissəsini nağd, bankda və ya digər maliyyə alətlərində saxlamasına gəldikdə isə, ilk növbədə, likvid məbləğin miqdarı şəxsin xərclərindən asılıdır. Hər kəsin gəlir və xərcləri, eyni zamanda iqtisadi və yığıma dair düşüncələri fərqlidir.
Ümumiyyətlə, bu barədə insanların düşüncəsi də dəyişib.
Məsələn, əvvəlki illərdə əhalinin böyük əksəriyyəti daşınmaz və ya daşınar əmlak üçün yığım edirdi. Kafe, restoran, mall-lar bu qədər deyildi. Artıq kredit imkanları genişləndikcə bu kimi məkanların da açılması düşüncə dəyişikliyinə şərait yaradıb. Hər 10 nəfərdən 9-u kredit bataqlığındadır, hər 10 evdən 6-7-si ipoteka və ya daxili kreditdədir.
Əgər şəxs özü-özlüyündə gəlir və xərc balansını qoruya bilmirsə, mütəxəssislərin tövsiyəsi fayda təşkil etməyəcək.
Müəyyən hədəfi olan şəxslərin isə ilk səhvi odur ki, xərclərdən sonra yığım etmək istəyirlər.
Əslində isə rutin olaraq davamlı yığım olmalı, daha sonra şəxsi xərclərə yönəlməlidir məbləğ.
İkinci və vacib məsələ isə odur ki, şəxslərə məlumatlı olmadığı investisiya alətlərinə yatırım etmələri tövsiyə olunmur. Ən azından praktiki biliklərə sahib olmalı, daha sonra araşdırma edib investisiya yatırmalıdırlar və mütləq sahənin mütəxəssisinə müraciət etsinlər.
“Qulaqdan eşitmə, filankəs bu sahəyə investisiya etməyi tövsiyə etdi” kimi sözlər bir gün şəxs zərərlə qarşılaşdıqda zərəri ödəməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB