"Əlavə dəyər vergisi (ƏDV) məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur" - İQTİSADÇI

"Əlavə dəyər vergisi (ƏDV) məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur" - İQTİSADÇI

"Vətəndaşa qaytarılan ƏDV hissəsi birbaşa sahibkarın pulundan çıxılmır məsələn, məhsulun qiyməti 118 manatdır. Bunun 18 manatı ƏDV, 100 manatı isə məhsulun ƏDV-siz qiymətidir". Bu fikirləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli deyib.

Onun szölərinə görə, vətəndaş 118 manat ödəyir: "Sonra dövlət həmin 18 manatlıq ƏDV-nin qanunla müəyyən edilmiş hissəsini vətəndaşa qaytarır.

Sahibkar isə 118 manatlıq satış üzrə hesablanan ƏDV-ni dövlətə ödəməlidir (qanunda nəzərdə tutulan əvəzləşdirmələr nəzərə alınmaqla). Vətəndaşa geri qaytarılan məbləğ sahibkarın ödədiyi ƏDV-ni azaltmır.
Deməli, ƏDV-ni sahibkar hesablayır və dövlətə ödəyir, ƏDV-nin müəyyən hissəsi isə dövlət tərəfindən vətəndaşa qaytarılır, sahibkarın vətəndaşa qaytarılan həmin məbləğə birbaşa aidiyyəti yoxdur.
Ona görə də “dövlət ƏDV-ni vətəndaşa qaytardığı üçün sahibkar məhsulun qiymətini artırır” fikri öz-özlüyündə düzgün deyil.
Sahibkar yalnız bazar imkan verirsə, qiyməti ayrıca artıra bilər. Amma bu, ƏDV geriödəməsinin sahibkarın üzərinə əlavə xərc yaratması ilə bağlı deyil.
Ən sadə ifadə etsək, vətəndaşa qaytarılan ƏDV sahibkarın cibindən çıxan pul deyil, dövlətin vətəndaşa etdiyi geri ödənişdir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə