Azərbaycan hökuməti 2027-ci ildə ölkədə 141 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunacağını proqnozlaşdırır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2027-ci il üzrə makroiqtisadi proqnozlarında qeyd olunub.
Bildirilib ki, gələn il ölkədə iqtisadi artımın 2,7% təşkil edəcəyi gözlənilir.
Proqnoza əsasən, qeyri-neft-qaz sektorunda artım 4,4%, neft-qaz sektorunda isə 1,8% azalma nəzərdə tutulur.
2027-ci ildə ÜDM-nin 109,1 milyard manatlıq hissəsinin qeyri-neft-qaz sektorunun payına düşəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, 2026-cı ildə ölkədə ÜDM istehsalının 138 milyard manat təşkil edəcəyi gözlənilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda ÜDM istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% artaraq 87 milyard 709,5 milyon manat olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB