Azərbaycan İtaliyaya birbaşa investisiya qoyuluşunu 310 dəfə artırıb

Azərbaycan İtaliyaya birbaşa investisiya qoyuluşunu 310 dəfə artırıb

Bu ilin I yarısında Azərbaycandan xaricə yönəldilmiş 5 milyard 0,4 milyon ABŞ dolları birbaşa investisiyanın 3 milyard 245,6 milyon ABŞ dolları İtaliyanın payına düşüb.

Bu barədə SİA-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 309,4 dəfə çoxdur.

Yanvar-iyun aylarında ölkədən xaricə birbaşa investisiya qoyuluşunun məbləğinə görə ilk 5-likdə həmçinin Türkiyə (603,8 milyon ABŞ dolları, 3,4 dəfə çox), Böyük Britaniya (329,2 milyon ABŞ dolları, 5,1 dəfə çox), BƏƏ (270,1 milyon ABŞ dolları, 72,8 % çox) və Gürcüstan (114 milyon ABŞ dolları, 47,7 % çox) qərarlaşıb.

Hesabat dövründə xaricdən Azərbaycana yönəldilmiş 3 milyard 666,9 milyon ABŞ dolları birbaşa investisiyanın isə 936,4 milyon ABŞ dolları Böyül Britaniyanın payına düşüb. Bu, 1 il əvvələ nisbətən 16,1 % çoxdur.

6 ayda ölkəyə xaricdən birbaşa investisiya qoyuluşunun məbləğinə görə ilk 5-likdə həmçinin Türkiyə (902,7 milyon ABŞ dolları, 43,6 % çox), Cənubi Kipr (411,1 milyon ABŞ dolları, 16,3 % çox), Rusiya (237,1 milyon ABŞ dolları, 82,8 % çox) və İran (203,8 milyon ABŞ dolları, 15,8 % çox) qərarlaşıb.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə