"Şimal-2" stansiyası 7 il ərzində 21 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edib
Cari ilin yanvar-avqust ayları ərzində gücü 400 MVt təşkil edən buxar-qaz tipli "Şimal-2" Elektrik Stansiyasında 1,8 milyard kilovat/saat həcmində elektrik enerjisi istehsal edilib.
Bu barədə SİA-ya Energetika Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, 7 il öncə - 2019-cu ilin sentyabrın 5-də Bakıda "Şimal-2" Elektrik Stansiyası fəaliyyətə başlayıb. Ümumilikdə, "Şimal-2" ES-də fəaliyyətə başladığı vaxtdan 2026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub.
Stansiyada 2019-cu ildə 1 milyard kilovat/saat, 2020-ci ildə 3 milyard kilovat/saat, 2021-ci ildə 3,1 milyard kilovat/saat, 2022-2023-cü illərin hər birində 3,2 milyard kilovat/saat, 2024-cü ildə 3 milyard kilovat/saat, 2025-ci ildə isə 2,8 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB