Azərbaycan və Tacikistan arasında tranzit daşımaları bu ilin 8 ayında 17 % artıb. SİA-nın məlumatına görə, barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda Tacikistanın Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.
SİTAT: "Bu ilin 8 ayında Tacikistan və Azərbaycan arasında tranzit daşımaları 17 % artıb", - nazir deyib.
Nazir bildirib ki, 2025-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 84 % artıb və bu tendensiya cari ildə də davam edir.
"Bu ilin 7 ayı ərzində 2025-ci ilin analoji dövrü ilə müqayisədə ticarət dövriyyəmiz 31% artıb", - R.Nəbiyev deyib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB