“Təhlükəsiz sürücülük edənlər sığortada endirimli tariflərdən yararlana biləcəklər” -EKSPERT DANIŞDI
“Ölkəmiz üçün icbari avtomobil sığortasında tətbiq edilən bu yenilik ilk baxışdan yeni mexanizm kimi görünsə də, dünyanın bir sıra ölkələrində, xüsusilə Türkiyədə uzun illərdir uğurla istifadə olunur. Bu sistemin əsas məqsədi sığorta bazarında daha ədalətli mühit formalaşdırmaq, riskləri daha düzgün qiymətləndirmək və sığorta şirkətlərinin maliyyə dayanıqlığını artırmaqdır”.
Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib.
Onun sözlərinə görə , yeni qərarın hədəfi yalnız sığorta haqlarının hesablanma qaydasını dəyişmək deyil, eyni zamanda bu sahədə mövcud olan bir sıra problemlərin aradan qaldırılmasına, sürücülərin daha məsuliyyətli davranış nümayiş etdirməsinə və uzunmüddətli perspektivdə iqtisadi sabitliyin təmin edilməsinə xidmət etməkdir:
” İndiyədək qəza törədən və heç bir qəza tarixçəsi olmayan sürücülərin eyni və ya bir-birinə yaxın məbləğdə sığorta haqqı ödəməsi müəyyən narazılıqlar yaradırdı. Yeni sistem isə sürücünün yol hərəkətindəki davranışını birbaşa sığorta məbləğinə təsir edən amilə çevirir.
Vətəndaşlar üçün sadə dillə izah etsək, qəza törədən sürücünün növbəti il icbari avtomobil sığortası daha yüksək məbləğdə hesablanacaq. Əksinə, uzun müddət qəza törətməyən, risk yaratmayan sürücülər isə endirimli tariflərdən yararlana biləcəklər. Bu, təhlükəsiz sürücülüyü təşviq edən və qaydalara əməl edən şəxsləri mükafatlandıran bir yanaşmadır.
Xarici ölkələrin təcrübəsinə nəzər saldıqda bu sistemin bəzi maraqlı nəticələr doğurduğunu da görmək mümkündür. Məsələn, Türkiyədə sürücülər bəzən kiçik və cüzi maddi zərərlə nəticələnən qəzalar zamanı sığorta şirkətinə müraciət etmədən məsələni öz aralarında həll etməyə üstünlük verirlər. Bunun əsas səbəbi həmin hadisənin sığorta tarixçəsinə düşməsi və növbəti illərdə sığorta haqqının artması ehtimalıdır. Belə hallarda qəzanı törədən şəxs zərərçəkən tərəfin xərclərini birbaşa qarşılayaraq əlavə sığorta yükündən yayınmağa çalışır.
Lakin bu yanaşmanın həm müsbət, həm də mənfi tərəfləri mövcuddur. Bir tərəfdən, xırda hadisələr üzrə sığorta sisteminə əlavə yük düşmür və tərəflər problemi daha operativ həll edə bilirlər. Digər tərəfdən isə bəzi sürücülər gələcəkdə daha yüksək sığorta haqqı ödəməmək üçün hadisələri rəsmi qaydada qeydə almamağa çalışa bilərlər. Buna görə də sistemin tətbiqi zamanı nəzarət mexanizmlərinin gücləndirilməsi və vətəndaşların düzgün məlumatlandırılması mühüm əhəmiyyət daşıyır.
Qısamüddətli dövrdə bu dəyişiklik bəzi sürücülər üçün əlavə maliyyə yükü kimi görünə bilər. Xüsusilə də tez-tez qəza törədən və ya riskli sürücülük davranışı nümayiş etdirən şəxslər daha yüksək sığorta haqqı ilə üzləşə bilərlər. Lakin uzunmüddətli perspektivdə bu model daha ədalətli sığorta sisteminin formalaşmasına, yol-nəqliyyat hadisələrinin azalmasına və təhlükəsiz sürücülük mədəniyyətinin inkişafına töhfə verə bilər. Risk yaradan sürücünün daha çox, qaydalara əməl edən sürücünün isə daha az ödəniş etməsi beynəlxalq təcrübədə özünü doğrultmuş yanaşma hesab olunur və yeni sistemin ölkəmizdə də müsbət nəticələr verməsi gözlənilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jıva Tünzalə Ağayevanın bəstəsini ifa etdi
Şou-Biznes 17:13Ukraynada mənzil qiymətləri 20%-dən çox artıb
Dünya 16:21Yeni Konstitusiya Ermənistanı dəyişəcəkmi? - RAKURS
Siyasət 16:19Azərbaycanda elektroenergetika sahəsində komissiya yaradılıb
İqtisadiyyat 16:01Nar Oyun Mərkəzində oyna, smartfon qazan!
Texnologiya 15:19Bakıda yeni uşaq bağçası istifadəyə verilib
Təhsil 14:41Barbra Streisand Trampı sərt tənqid etdi…
Dünya 13:40Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
Sosial 12:35Paşinyan “topu” erməni xalqına atdı...
Siyasət 12:12Günəş, Ay piramidaları və çəyirtkə qurusu
Mədəniyyət 11:58Növbələrdə itən saatlar - KÖŞƏ
Sosial 11:00Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır
İqtisadiyyat 10:45Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Hadisə 10:41Birjalarda neft bahalaşıb
İqtisadiyyat 10:25Astarada 10 kiloqramdan artıq narkotik aşkarlanıb
Hadisə 10:24Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:22Dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günüdür
Mədəniyyət 09:51Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb
Təhsil 09:40Dönər almaq üçün tələsirdi, maşın vurub öldürdü..
Hadisə 03:22Hollivud ulduzu rəsmən milyarder oldu - 7 milyard dolları var!
Şou-Biznes 03:05Qazax sakini Kürdə batıb
Hadisə 02:22Alyona Əliyeva sərgi açılışında iştirak edib
Mədəniyyət 01:0377 yaşlı Sumqayıt - şəhərdə atəşfəşanlıq olub
Sosial 00:23Ulduz müğənni təbilçiyə ərə getdi...
Şou-Biznes 22 Noyabr 23:22Sabah Bakının bu rayonunda qaz olmayacaq - XƏBƏRDARLIQ
Sosial 22 Noyabr 23:03"Qarabağ" - "Kəpəz" oyununda azarkeş REKORDU
İdman 22 Noyabr 22:32İtaliyanın xarici işlər naziri Bakıya gəlib
Siyasət 22 Noyabr 22:19Əməlləri ilə ucalan insan...
Maraqlı 22 Noyabr 22:05Rusiya Krım körpüsünün bərpasına başlayır - Kremldən AÇIQLAMA
Dünya 22 Noyabr 22:02Şirkət modelə “Froglet” adını verdi…
Texnologiya 22 Noyabr 21:52"Ukrayna Rusiyanı Volqa boyunca bölə bilər"
Dünya 22 Noyabr 21:27Günün görünüşü...
Dəb 22 Noyabr 21:05Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8669
+0,02%
-
GBP
2,2284
+0,00%
-
RUB
2,0809
+0,35%



