Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisə yaradacaq - MƏLUMAT

Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisə yaradacaq - MƏLUMAT

Serbiyanın Mədən Sənayesi və Energetika Nazirliyinin, "Elektroprivreda Srbije" (EPS), "Srbijagas" şirkətlərinin və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri Nişdə (Serbiya) yeni qaz elektrik stansiyasının inkişafı və tikintisi üçün birgə şirkətin yaradılmasına dair səhmdarlar sazişinin razılaşdırılması üzrə danışıqları İstanbulda başa çatdırıblar.

SİA xəbər verir ki, bu barədə Serbiya hökumətinin rəsmi saytında məlumat dərc edilib. "Yaxın bir ay ərzində Belqradda üç şirkət arasında sazişin imzalanması gözlənilir", - məlumatda qeyd edilib.

Yeni qaz elektrik stansiyasının gücünün 500 MVt-a qədər olacağı planlaşdırılır. O, elektrik və istilik enerjisi istehsal edəcək. Tikintinin dörd il ərzində başa çatdırılması nəzərdə tutulur. Hökumətin məlumatında vurğulanıb ki, bu, EPS, "Srbijagas" və SOCAR-ın ilk birgə layihəsi və Serbiya ilə Azərbaycan arasında enerji əməkdaşlığının gücləndirilməsində mühüm addım olacaq.

Elektrik stansiyasının tikintisi Serbiyada elektrik enerjisi istehlakının artması fonunda enerji təchizatının etibarlılığını artırmağa və yeni generasiya gücləri yaratmağa imkan verəcək.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə