ABŞ-da Ağ Ev lideri Donald Trampın təsviri olan 1 dollar nominallı sikkələr dövriyyəyə buraxılıb. Bu barədə ABŞ Zərbxanası öz saytında məlumat yayıb. Sikkələri qurumun rəsmi saytında da satın almaq mümkündür. Yüz sikkənin qiyməti 154 dollar təşkil edir.
Ön tərəfində Trampın təsviri, həmçinin "LIBERTY, IN GOD WE TRUST" və "1776-2026" yazıları yerləşdirilib.
Arxa tərəfində ABŞ-ın Prezident möhürü - zeytun budağı və oxları olan qartal təsvir edilib. Qalxanın üzərində ABŞ-ın müstəqilliyinin 250 illiyi şərəfinə "250" rəqəmi yerləşdirilib. Sikkədə həmçinin "UNITED STATES OF AMERICA, "ONE DOLLAR" və "E PLURIBUS UNUM" yazıları qeyd olunub.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB