Qusarda Aqrar Biznes və I İntensiv Meyvə Bağları festivalları keçiriləcək

Qusarda Aqrar Biznes və I İntensiv Meyvə Bağları festivalları keçiriləcək

Sabah Qusar rayonunda Aqrar Biznes Festivalı və I İntensiv Meyvə Bağları Festivalı keçiriləcək.

SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, festival saat 11:00-da rayon mərkəzindəki Mərkəzi Meydanda təşkil olunacaq.

Eyni zamanda, həmin gün Qusar Rayon İcra Hakimiyyəti binasında "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə