Sabah Qusar rayonunda Aqrar Biznes Festivalı və I İntensiv Meyvə Bağları Festivalı keçiriləcək.
SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, festival saat 11:00-da rayon mərkəzindəki Mərkəzi Meydanda təşkil olunacaq.
Eyni zamanda, həmin gün Qusar Rayon İcra Hakimiyyəti binasında "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsi keçiriləcək.