Naxçıvandakı rezidentlər 10 il müddətinə əksər vergilərdən azad edilə bilər

Naxçıvan Muxtar Respublikasındakı rezidentlər 10 il müddətinə əksər vergilərdən azad edilə bilər. SİA xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır.

Təklif olunan dəyişikliyə əsasən, Naxçıvandakı rezidentlərin 2026-cı il yanvarın 1-dən 10 müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən, həmin ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirlərinin isə 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə vergidən azad edilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə