Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüşün qiyməti isə artıb

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüşün qiyməti isə artıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,1% azalaraq 3 445,3 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 0,43% artaraq 39,38 ABŞ dolları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə