Naxçıvanda Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzinin binası tikiləcək

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzi binasının layihələndirilməsi xidmətinin satınalınmasına başlayıb. SİA xəbər verir ki, uyğun layihə seçildikdən sonra binanın tikintisinə başlanacaq.

Yeni binanın tikintisi Mərkəzin fəaliyyətlərinin daha da genişlənməsinə xidmət edəcək. Hazırda Nazirliyin binasında yerləşən Laboratoriya Mərkəzi fermerlərə torpaq analizlərinin, aqrokimyəvi analizlərin aparılması ilə bağlı xidmətlər göstərir.

Qeyd edək ki, torpaq analizləri aqrar subsidiyaların alınması üçün vacib prosedurlardandır.

Bütün xəbərlər Facebook səhifəmizdə