Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib

Avqustun 22-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib. Nazirlikdən SİA-ya bildirilib ki, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 370 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən iki bankında 28 gün müddətinə, 7 faiz orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə