Azərbaycandan xarici bazarlara pomidor ixracı 22,8 faiz artıb
Azərbaycandan xarici bazarlara pomidor ixracında ciddi artım müşahidə olunur. Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya bildirilib ki, bu ilin yanvar-iyul aylarında ölkəmizdən 143,577.7 ton pomidor ixrac edilib. Pomidor ixracının ümumi dəyəri 157 milyon dollara yaxındır.
Bu ilin ilk 7 ayı ərzində pomidor ixracında həcm olaraq 22,8 faiz, dəyər olaraq 12,4 faiz artım qeydə alınıb.
Xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixracı davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB