SOCAR-ın prezidenti “Arthur D. Little" şirkətinin qlobal rəhbəri ilə görüşüb

Avqustun 19-da SOCAR-ın prezidenti Rövşən Nəcəf “Arthur D. Little” şirkətinin partnyoru, enerji, kommunal xidmətlər və resurslar üzrə qlobal rəhbəri Mikael Kruse ilə görüşüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, şirkətdən bildirilib ki, görüşdə SOCAR-ın enerji sektoru üzrə çoxşaxəli fəaliyyət istiqamətləri, Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi strateji layihələr barədə məlumat verilib. Enerji sənayesində innovativ idarəetmə modelləri, əməliyyatların optimallaşdırılması və rəqabət qabiliyyətinin artırılması sahəsində müxtəlif təcrübələr nəzərdən keçirilib.

Söhbət zamanı tərəflər enerji keçidi, rəqəmsallaşma, sənayedə süni intellekt texnologiyalarının tətbiqi, bərpaolunan enerji mənbələrinin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə